featured-image-25509

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geydiyi “Konyaspor” öz meydanında “Qalatasaray”la üz-üzə gəlib.

Meydan sahibləri matçdan 2:1 hesabı ilə qalib ayrılıblar. Bu, “Sarı qırmızılılar”ın 15 oyundan sonra ilk məğlubiyyəti olub.

Qonaqlar 31-ci dəqiqədə Milot Raşitsanın qolu ilə 1:0 önə keçsələr də, Konya təmsilçisinin heyətində 62-ci dəqiqədə Soner Dikmen, 90+3-də isə Oğulcan Ülgün fərqlənib. Mahir start heyətində meydana çıxsa da, 79-cu dəqiqədə onu qələbə topunu vuran Oğulcan əvəzləyib.

“Konyaspor” 25 oyundan sonra 34 xalla 8-ci yeri tutur.

AYXAN 

Bənzər xəbərlər