featured-image-19603

Adil Nağıyev yenidən “Səbail”də çıxış edəcək. 27 yaşlı müdafiəçi bu barədə Msport.az-a məlumat verib. 27 yaşlı müdafiəçi icarədə olduğu “Şamaxı”dan doğma komandasına qayıdıb.

Mərkəz müdafiəçisi bu mövsüm “Şamaxı”nın heyətində çempionatda 17 oyunda meydana çıxmışdı. O, Elvin Məmmədov olmadığı matçlarda kapitan sarğısını daşıyırdı.

Qeyd edək ki, Nağıyevin “Səbail”in əvvəlki baş məşqçisi Mahmud Qurbanovla münasibətləri yaxşı deyildi. “Dənizçilər”in baş məşqçi postunda dünəndən Qyrbanovu artıq Şahin Diniyev əvəzləyib.

Bənzər xəbərlər