featured-image-19347

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Səbail” – “Qarabağ” (0:3) matçından sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov oyunu dəyərləndirib. Msport.az xəbər verir ki, o, CBC Sport-a açıqlamasında belə deyib:

“Heç də pis oynamadıq. Birinci hissədə yaxşı müdafiə olunduq. Fasilədən sonra həm yorğunluq, həm də rəqibin oyunçularının ustalıq səviyyəsi sözünü dedi. İstəməzdim ilin son oyununda uduzaq. Amma rəqib də güclü idi”.

Qurbanov “Qarabağ”ın ilk qolu zamanı Ağabala Ramazanova qarşı kobudluq olduğunu düşünür: “O epizoda baxmaq lazımdır. Hələ baxacam.  Amma düşünürəm ki, orda bizim futbolçu Ağabala Ramazanova qarşı kobudluq olmuşdu və cərimə zərbəsi var idi. Həmin top itkisi bizim qapımıza qolla nəticələndi. Düzdür, VAR-a baxdılar. Hakimlikdən həmişə danışırıq, amma bir də baxmaq lazımdır. Ondan sonra fikir bildirmək olar ki, cərimə zərbəsi var idi, ya yox”.

“Səbail”in baş məşqçisi komandasının çempionatın birinci hissəsindəki çıxışından razı qalmadığını deyib: “Turnir cədvəlində axırıncı yerdəyiksə, il bizim üçün heç də yaxşı yadda qala bilməz. Kubokda yarımfinala çıxsaq da, kubok oyunları az olur. Çempionat matçları daha çoxdur. Ona görə düşünürəm, nəticələr heç də yaxşı deyil”.

Bənzər xəbərlər