featured-image-20341

“Qarabağ”ın kapitanı Maksim Medvedev Ağdam klubundan gedişinə ən çox üzüldüyü 3 futbolçunun adını açıqlayıb.

Msport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi Ansi Aqolli, Patrik Andrade və Kadi Borgesin komandanı tərk etməsinə məyus olduğunu bildirib.

O, ilk növbədə albaniyalı müdafiəçinin adını çəkib: “Mənə çox yaxın insan idi. Daha sonra Andrade gedəndə çox üzüldüm. Çox yaxşı, əzmkar futbolçu idi. İnsan kimi də yaxşıdır. Sonda isə Kadini qeyd edərdim. Komandaya çox xeyri dəydi. Azarkeşlər də onu sevirdi”.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir.

Bənzər xəbərlər