featured-image-18935

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo dünya çempionatının finalında Argentinanın Fransanı məğlub edəcəyi qənaətindədir. Msport.az xəbər verir ki, “Barselona”, PSJ, “Milan” kimi klublarda oynamış futbolçunun Xorvatiya ilə yarımfinal matçında Argentinaya azarkeşlik etməsi Braziliyada birmənalı qarşılanmayıb:

“Mən tamaşaya baxarkən necə lal-dinməz otura bilərdim? Təbii ki, dostlarıma azarkeşlik edirdim. Bunu mənə heç kim qadağan edə bilməz. Mənim əziz dostum – Messi adi futbolçu deyil. Mənim üçün onunla münasibətlərimiz çox dəyərlidir və həmişə Messiyə müsbət enerji verməyə çalışıram. Finaldan sonra ona yaxınlaşıb təbrik etmək istəyirəm.

Argentinanın qələbəsinə əminəmmi? Bir dəqiqə belə şübhə etmirəm. Messi Fransanı məhv edəcək. Argentinalılar qələbə qazanıb dünya çempionu olacaqlar”.

Bənzər xəbərlər