featured-image-18889

Məşhur italiyalı məşqçi Fabio Kapello dünya çempionatının final oyunundan gözləntilərini açıqlayıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, “Real”, “Milan”, “Yuventus” kimi klubları çalışdırmış mütəxəssis Lionel Messi ilə Kilian Mbappeni də müqayisə edib:

“Argentina – Fransa finalı təkcə bu ölkələrin qarşıdurması deyil. Bu, həm də Messi ilə Mbeppenin mübarizəsidir. Messi ilk matçlarda demək olar ki, meydanda gəzirdi. Amma Xorvatiya ilə oyunda o, məni valeh etdi. Həmin gün biz “Barselona” vaxtlarındakı Messini gördük.

Fransada hər şeyi: sürəti, gücü və ən əsası məqsədi olan Kilian Mbappe var. Bir neçə qol olacaq maraqlı bir final gözləyirəm. İstisna etmirəm ki, əlavə vaxt və oyunsonrası penaltilər də ola bilər”.

Mbappe mundialda 6 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Messi də 5 dəfə fərqlənib, lakin 3 asistlə yadda qalıb.

Bənzər xəbərlər