featured-image-83051

ABŞ və Kanadanın peşəkar futbol liqasında (MLS) “Kolumbus Kru” və “İnter Mayami” komandaları üz-üzə gəlib.

Msport.az xəbər verir ki, Kolumbus şəhərində keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Matçda hesab 28-ci dəqiqədə açılıb. Martin Mendez öz qazandığı penaltini dəqiq yerinə yetirərək “Kolumbus Kru”nu önə keçirib.

Meydan sahiblərinin üstünlüyü uzun sürməyib. 33-cü dəqiqədə Lionel Messi cərimə zərbəsini kəskin bucaqdan birbaşa qapıya göndərərək hesabı bərabərləşdirib – 1:1. Lakin 90+8-ci dəqiqədə ev sahibləri qələbə qolunu vurublar.

Bənzər xəbərlər