Məsut Özil Bakıda!
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Msport.az xəbər verir ki, tədbirdə Almaniya millisinin sabiq futbolçusu Məsut Özil də iştirak edib.
Türkiyəli dünya çempionu bununla əlaqədar Bakıda səfərdədir.







