featured-image-56365

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) nümayəndələri Avropa Stolüstü Tennis Birliyinin (ASTB) İcraiyyə Komitəsinə üzv seçiliblər.

ASTF-nin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, baş katibi Könül Mikayılova yenidən ASTB-nin Gender bərabərliyi komitəsinə, milli komandanın baş məşqçisi Fərhad İsmayılov isə Veteranlar komitəsinə üzv seçilib.

Qərar Avropa Stolüstü Tennis Birliyinin İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bənzər xəbərlər