featured-image-4144

“Rubin” klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

Msport.az  yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu milli komandadan gələn zənglərə və mesajlara məhəl qoymayıb.

Forvardın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.

Qeyd edək ki, Belarus ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək komanda iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Belarus yığması iyunun 13-də  Bakıda yenidən millimizlə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Bənzər xəbərlər