featured-image-54219

Azərbaycan Texniki Universitetinin idman zalında, Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası tərəfindən qızlardan ibarət milli komandaya namizəd göstərilən basketbolçulara baxış prosesi keçirilib.

Msport.az xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Evren Alkayanın rəhbərlik etdiyi baxış prosesində məşqçilər Aygün Eynullayeva, Sakit Nuriyev, Konstantin Volkov, Evelina Qaradağlı, Zihni Anaç da iştirak ediblər.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 132 qız basketbolçu iştirak edib. U-12 yaş kateqoriyasında 20 nəfərdən 10-u, U-14 yaş kateqoriyasında 50 nəfərdən 20-si, U-16 yaş kateqoriyasında 60 nəfərdən 20-si seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, təşkil olunmuş baxış prosesinin əsas məqsədi gələcək illərdə müxtəlif yaş qrupları üzrə qız milli komandalarının heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Bənzər xəbərlər