Baxış prosesi yekunlaşdı
Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası tərəfindən milli komandalara namizəd göstərilən yeniyətmə oğlan basketbolçulara baxış prosesi yekunlaşıb.
ABF-nin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 243 basketbolçu iştirak edib.
U-12 yaş kateqoriyasından 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasından 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasından isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.
Qeyd edək ki, təşkil olunmuş baxış prosesinin əsas məqsədi gələcək illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.