Millilərimiz mübarizəyə başlayır
Sabah 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun oyunlarına start veriləcək.
Msport.az xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarış iyulun 14-dək davam edəcək.
Azərbaycan yığması A qrupunda mübarizə aparacaq. U-16 millimiz Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə qarşılaşacaq.
Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri qrupdakı ilk oyununu sabah Ermənistana qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qızlarımız iyulun 10-da saat 12:30-da Gürcüstan və 11-də saat 12:30-da Kipr millisi ilə görüşəcək.