featured-image-45206

Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olunub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, hər iki yığmanın matçlarının bir turu Bakıda təşkil ediləcək.

Yarışın reqlamentinə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar “Dördlər finalı”na yüksələcəklər.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya, Ukrayna.

Qızıl Avropa Liqası (qadınlar)
I Turnir – Xorvatiya
17.05.2024 / 19:00 Azərbaycan – Xorvatiya
18.05.2024 / 15:00 Slovakiya – Azərbaycan
19.05.2024 / 19:00 Xorvatiya – Slovakiya

II Turnir – Rumıniya
24.05.2024 / 17:00 Azərbaycan – Rumıniya
25.05.2024 / 17:00 İsveç – Azərbaycan
26.05.2024 / 17:00 Rumıniya – İsveç

III turnir – Azərbaycan
31.05.2024 / 18:00 Estoniya – Azərbaycan
01.06.2024 / 18:00 Avstriya – Estoniya
02.06.2024 / 18:00 Azərbaycan – Avstriya

Qızıl Avropa Liqası (kişilər)
I Turnir – Azərbaycan
17.05.2024 / 18:00 Rumıniya – Azərbaycan
18.05.2024 / 18:00 Ukrayna – Rumıniya
19.05.2024 / 18:00 Azərbaycan – Ukrayna

II Turnir – Belçika
24.05.2024 / 17:30 Azərbaycan – Belçika
25.05.2024 / 17:30 Şimali Makedoniya – Azərbaycan
26.05.2024 / 15:00 Belçika – Şimali Makedoniya

III Turnir – Estoniya
31.05.2024 / 18:00 Azərbaycan – Estoniya
01.06.2024 / 16:00 Lüksemberq – Azərbaycan
02.06.2024 / 16:00 Estoniya – Lüksemburq

Qeyd edək ki, oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Bənzər xəbərlər