featured-image-35762

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ikinci matçında ev sahibi Almaniya ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb

Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0.

C qrupunun digər matçında İsveç seçməsi Yunanıstana 1:3 hesabı ilə uduzub.

İlk iki turdan sonra aktivində üç xalı olan Azərbaycan millisi üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Bənzər xəbərlər