featured-image-26388

Millimizin AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə məğlubiyyəti azarkeşlərin etirazına səbəb olub. Təkcə sıravi azarkeşlər deyill, millət vəkilləri də məsələyə münasibət bildirirlər.

Msport.az
xəbər verir ki, Fazil Mustafa bununla bağlı sosial şəbəkədə öz mövqeyini ortaya qoyub:

“Futbolumuz aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Canni De Byazinin boynuna yıxmayın. Milli komandada oynamağın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də, belə davam edəcək. Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq. Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaq da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı”.

Bənzər xəbərlər