featured-image-6815

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, A qrupunda yer alan yığmamız 1-ci turda meydan sahibləri ilə qarşılaşıb.

Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığma növbəti matçını iyunun 29-da Andorraya qarşı keçirəcək.

Qeyd edək ki, digər qrupda San Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaq.

Avropa çempionatı
A qrupu, 1-ci tur
28 iyun

Azərbaycan – Malta 71:73

Bənzər xəbərlər