featured-image-61194

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, yığmamız 5-ci matçında Belçika ilə qarşılaşıb.

C qrupunun görüşü Belçikanın “COREtec Dome” arenasında təşkil olunub. Oyun meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb – 97:24.

Qeyd edək ki, millimiz fevralın 9-da Bakıda Polşa ilə qarşılaşacaq. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Bənzər xəbərlər