featured-image-56460

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Msport.az-a verilən məlumata görə, U-13 yaş kateqoriyasında mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.

Azərbaycan millisi beynəlxalq yarışa 16 idmançı ilə qatılıb.

Turnirə oktyabrın 27-də yekun vurulacaq.

Bənzər xəbərlər