Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində keçəcək.
Msport.az federasiyanın rəsmi səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.
Ataman Güneyligilin rəhbərlik etdiyi yığma Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışında olacaq. Hazırlıqlar çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü nəzərdə tutulub.
İyulun 24-də isə milli Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.