Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.
Msport.az xəbər verir ki, əmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Matçda Azərbaycan millisi 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz burada Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.







