featured-image-51388

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatı C divizionunda mübarizəyə start verir.

Msport.az xəbər verir ki, yığma Kosovonun paytaxtı Priştinada keçirilən yarışda ilk matçına bu gün çıxacaq.

B qrupunda yer alan komandamız ilk turda Albaniya ilə görüşəcək. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamızın yer aldığı qrupun digər görüşündə Gürcüstan və Ermənistan qarşılaşacaq.

Qeyd edək ki, millimiz II turda Gürcüstan, qrupdakı son matçında Ermənistanla görüşəcək.

Avropa çempionatı, C divizionu
B qrupu
23 iyul
19:00. Azərbaycan – Albaniya

Tetoni İdman Zalı

Bənzər xəbərlər