Millimiz bu gün UEFA turnirində ilk oyununa çıxacaq
16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.







