featured-image-28652

Həndbol üzrə kişilərdən ibarət milli komandamız  inkişaf etməkdə olan ölkələr arasında dünya çempionatına məğlubiyyətlə başlayıb.

Msport.az xəbər verir ki,  D qrupunda mübarizə aparan yığmamız ilk oyunda meydan sahibi – Bolqarıstan həndbolçularına 19:30 hesabı ilə uduzub.

Millimizin növbəti rəqibi Nigeriya komandası olacaq.

Yarımfinala yalnız qrup qalibləri yüksələcək.

 

Bənzər xəbərlər