Millimiz Estoniyada Latviya ilə oynayacaq
Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Msport.az xəbər verir ki, yarış noyabrın 27-30-da Estoniyada keçiriləcək.
Çempionatda ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya yığmaları olacaq.
Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
B qrupu
27 noyabr
17:30. Azərbaycan – Estoniya
29 noyabr
17:30. Azərbaycan – Latviya