Millimiz Gürcüstana da uduzdu
Azərbaycan qızlardan ibarət U-16 millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu – üçüncü oyununa çıxıb.
Msport.az xəbər verir ki, yığmamız Gürcüstanla üz-üzə gəlib.
Binə stadionunda keçiriləcək görüş qonaqların 4:2 hesabı ilə başa çatıb. U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar
Xatırladaq ki, U-16 yığmamız daha əvvəl Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.







