featured-image-28618

Həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçiriləcək inkişaf etməkdə olan ölkələrin dünya çempionatında yarışacaq.

Msport.az xəbər verir ki, turnir aprelin 25-dən 30-a kimi təşkil olunacaq. Yığmamız D qrupunda Nigeriya və Bolqarıstan komandaları ilə mübarizə aparacaq. Növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə qazanacaq.

Həndbolçularımızın ilk rəqibi meydan sahobləri olacaq.

Bənzər xəbərlər