featured-image-7269

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.

Msport.az xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb.

Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.

Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan yığması seçmə mərhələnin ilk turunda İtaliyaya 3:7 hesabıyla uduzsa da, növbəti turda Almaniyaya 6:5 qalib gəlmişdi.

Bənzər xəbərlər