Millimiz İsveçrə ilə üz-üzə
20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda matça çıxacaq.
Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışda İsveçrə ilə qarşılaşacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız turnirdə ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, komandamız qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında uduzub.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, 17-20-ci yerlər uğrunda
19 iyul
19:00. İsveçrə – Azərbaycan
Piteşti İdman Zalı