featured-image-44065

Basketbol üzrə milli komandamız DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. Msport.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığmamız “Sərhədçi” İdman Mərkəzində Kosovo seçməsi ilə qarşılaşacq. Oyun saat 14:00-da start götürəcək.

Xatırladaq ki, millimiz ilk turda İsveçrəyə səfərdə 53:72 hesabı ilə məğlub olub. Kosovo isə İrlandiyanı məğlub edib – 83:76.

Qrupun digər oyununda İrlandiya İsveçrəni qəbul edəcək. Həmin görüş saat 19:00-da başlayacaq.

Yığmamız 3-cü turda noyabrın 21-də səfərdə İrlandiyanın qonağı olacaq.

DÇ-2027-nin seçmə mərhələsi
A qrupu

25 fevral

14:00. Azərbaycan – Kosovo
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

Bənzər xəbərlər