Millimiz Macarıstana qarşı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığmamız Macarıstanla qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək.
Azərbaycan millisi hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 10 xalla 1-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın 1 xalı var.
5 iyun
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
18:00. Azərbaycan – Macarıstan
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.







