featured-image-50941

20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda qrup mərhələsi davam edir.

Msport.az xəbər verir ki, Rumıniyada təşkil olunan yarışda III turun oyunları keçirilib.

B qrupunda mübarizə aparan Azərbaycan millisi İrlandiya ilə görüşüb. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 58:61 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa çempionatının B divizionunun oyunları iyulun 21-dək davam edəcək. Komandamız növbəti matçını iyulun 17-də Niderlanda qarşı keçirəcək.

Bənzər xəbərlər