featured-image-51105

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda son matçına çıxıb.

Msport.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı mütəxəssis Alberto Blankonun rəhbərlik etdiyi komanda Niderland yığması ilə qarşılaşıb.

Rumıniyadakı “Pitesti Arena”da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.

Bənzər xəbərlər