featured-image-52823

3×3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəyə başlayıb.

Msport.az-ın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ilk matçında Almaniyanın “Düsseldorf ZOOS” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib – 8:21

Milli bu gün Ukrayna ilə də görüşəcək. Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.

Bənzər xəbərlər