featured-image-11098

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.

Msport.az xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan qadın voleybol millisi qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək.

Tiflisdə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

AÇ-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Bənzər xəbərlər