Millimiz sonuncu oyunda da məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Msport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma meydan sahibi Kipr seçməsi ilə üz-üzə gəlib.Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələni dördüncü – sonuncu pillədə başa vurub.
Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.