featured-image-46582

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, komandamız B qrupunun üçüncü qarşılaşmasında Niderlandla qarşılaşıb.

Daha əvvəl yarımfinal mərhələsinə vəsiqəni təmin edən yığmamız rəqibinə 11:15 hesabı ilə uduzub.

Qeyd edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Bənzər xəbərlər