featured-image-46571

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

Msport.az-ın məlumatına görə, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.

Qeyd edək ki, yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Bənzər xəbərlər