featured-image-48139

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Mərkəzi Asiyanın açıq çempionatında mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, komandamız bu gün yarışda ilk oyununa çıxıb.

A qrupunda Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə yarışan millimiz startda qələbə qazanıb. Yığmamız OKMK-i 30:28 hesabı ilə məğlub edib.

Qeyd edək ki, çempionatda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan yığmaları ilə yanaşı, qonşu ölkələrin klubları da iştirak edir. Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.

Bənzər xəbərlər