Millimizdən San Marino üzərində çətin qələbə
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün ikinci yoxlama oyununa çıxıb.
Msport az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı “Haladaş” stadionunda keçirilən qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub – 0:2.
Yoxlama oyunu
9 iyun
22:00. Azərbaycan – San Marino – 2:1
Qol: Nanni, 9 (0:1), Rəhman Daşdəmirov, 27 (1:1), Renat Dadaşov, 49 (2:1)
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu







