featured-image-50760

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

Msport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kipr yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, A qrupunda mübarizə aparan komanda əvvəlki görüşlərdə Ermənistan millisini 86:59, Gürcüstanı isə 97:40 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb.

Bənzər xəbərlər