Millimizin baş məşqçisi klubda da işləyəcək
Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub.
Msport.az xəbər verir ki, serbiyalı Vladimir Boşnyakla yollar ayrılıb.
Onu bu postda türkiyəli məşqçi Evren Alkaya əvəz edib.
Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.