Millimizin Belçika və Polşa ilə oyunlar üçün heyəti açıqlandı
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (Eurobasket 2025) seçmə qrup oyunları üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, fevralın 6-da səfərdə Belçika, 9-da isə evdə Polşa ilə keçiriləcək matçlara 12 basketbolçu dəvət olunub.
İştirak ərizəsində yer alan milli üzvlərinin orta yaş həddi 17,5-dir. Heyətə Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubova cəlb olunub.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi iyunda baş tutacaq.