featured-image-25484

Milli komandamızın AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveç yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 27 futbolçuya dəvət göndərib. İtaliyalı mütəxəssis “Sabah”ın 7 futbolçusunu yığmaya çağırıb.  Onların arasında gənc qapıçı Yusif İmanov və Ceyhun Nuriyev də var.

Komanda sözügedən matçlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə səfərdə qarşılaşacaq.

Qapıçılar: Səlahət Ağayev (Qəbələ), Emil Balayev (Səbail), Yusif İmanov (Sabah),

Müdafiəçilər: Tellur Mütəllimov (Sabah), Azər Əliyev (Neftçi), Toral Bayramov (Qarabağ), Elvin Cəfərquliyev (Qarabağ), Bəhlul Mustafazadə (Qarabağ), Ceyhun Nuriyev (Sabah), Cəlal Hüseynov (Şamaxı), Höccət Haqqverdi (Neftçi), Anton Krivotsyuk (Tecon Xana, Cənubi Koreya), Azər Salahlı (Neftçi), Bəxtiyar Həsənalızadə (Sabah).

Yarımmüdafiəçilər: Riçard Almeyda (Qarabağ), Filip Ozobiç (Qarabağ), Elvin Camalov (Sabah), Eddi İsrafilov (Neftçi), Emin Mahmudov (Neftçi), Aleksey İsayev (Sabah), Ozan Can Kökçü (Eyndhoven, Niderland).

Hücumçular: Ramil Şeydayev (Qarabağ), Musa Qurbanlı (Qarabağ), Namik Ələskərov (Sabah), Renat Dadaşov (Qrasshopper, İsveçrə), Rüstəm Əhmədzadə (Zirə), Mahir Emreli (Konyaspor, Türkiyə).

CAHİD 

Bənzər xəbərlər