featured-image-26292

Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsində ikinci oyununa çıxacaq. Yığmamız Stokholmda İsveçlə üz-üzə gələcək.

Msport.az-ın əldə etdiyi məlumata görə, Canni De Byazi bu dəfə qapıçını dəyişib. O, Avstriya ilə oyundan fərqli olaraq bu dəfə çərçivəni gənc Yusif İmanova tapşırmayacaq. İtaliyalı mütəxəssis start heyətində “Qəbələ”nin üzvü Səlahət Ağayevə şans verəcək.

Xatırladaq ki, 20 yaşlı İmanov Avstriya ilə görüşdə millimizin heyətində debüt etmişdi. Oyun 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.

Bu gün İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

AYXAN 

Bənzər xəbərlər