Millimizin hücumçusu Türkiyədə istirahətdə - FOTOLAR
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasının 4-cü turunun Bakıda Belarusa qarşı keçirilən oyunundan sonra Türkiyəyə yollanıb.
Msport.az xəbər verir ki, forvard sevgilisi və “Vulverhempton”dan tanıdığı Meritan Şabani ilə Bodruma istirahətə yollanıb.
Hər iki futbolçu istirahət zamanı, həm də idmanla məşğul olmağı unutmayıb. Onların yeni mövsümə “Vulverhempton”da hazırlaşacağı, ancaq fərqli klublara icarəyə veriləcəyi gözlənilir.
Dadaşov “Vulverhhempton”a məxsus olsa da, son mövsümü icarə əsasında “Tondela”da keçirib. Şabani isə 2021/2022 mövsümündə “Vulverhempton”un U-23 komandasında oynayıb.