featured-image-41273

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Vyetnamın “Xoa Çat Duk Qianq Tia Sanq” klubu ilə vidalaşıb.

Msport.az xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə şəxsi feysbuk səhifəsində paylaşım edib.

Rəhimova bu ölkədəki ikinci təcrübəsinin də çoxlu gözəl xatirələrlə yadda qaldığını bildirib: “Təşəkkür edirəm, Vyetnam. Buranın insanları həmişə mənə özümü evdəki kimi hiss etməyə imkan verir. Gələcəkdə yenidən görüşənədək”.

Qeyd edək ki, Polina Rəhimova 2021/2022 mövsümündə bu ölkədə “Geleximko Thai Binh” klubunun formasını geyinib. O, hazırkı komandası ilə Vyetnam liqasında gümüş medal qazanıb və çempionatın ən yaxşı hücumçusu seçilib.

Bənzər xəbərlər