Millimizin oyunçusu xəstəxanadan evə buraxıldı
Dekabrın 1-də səhhətində ciddi problem yaranan kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunmuşdu.
Msport.az xəbər verir ki, idmançı artıq xəstəxanadan evə buraxılıb.
Özünü daha yaxşı hiss edən voleybolçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.