featured-image-26013

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç – Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Msport.az xəbər verir ki, matçı xanım referi idarə edəcək.

Fransalı Stefani Frapparaya həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost yardımçı olacaqlar. Bastiyan Deşepi 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də “Friends Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə  22:45-də başlayacaq.

ANAR 

Bənzər xəbərlər