featured-image-43808

Azərbaycanın kişilərdən ibarət basketbol millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə oyununun başlama saatı dəyişdirilib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, qarşılaşma fevralın 25-də, günorta saatlarında baş tutacaq.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq matçın startı 19:00-a planlaşdırılırdı. Lakin görüşün saat 14:00-da başlaması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsində ilk oyununu fevralın 22-də İsveçrəyə qarşı keçirəcək. Səfər görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Bənzər xəbərlər